Piyadanın ölümünə səbəb olan sürücü xəstəxanadan qaçıb - FOTO

Abşeron rayonunda piyadanın ölümünə səbəb olan sürücü xəstəxanaya yerləşdirilib və ordan yaralı vəziyyətdə qaçıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, piyadanın ölümü ilə nəticələnən yol qəzası Xırdalan şəhərində baş verib. Belə ki, Heydər Əliyev prospektində təxminən 25 yaşlı Orxan (soyadı hələlik məlum deyil) idarə etdiyi 99-CP-033 dövlət qeydiyyat nişanlı, "Mercedes" markalı avtomobillə əvvəlcə yolu keçən 1971-ci il təvəllüdlü Ağazadə Səmayə Adil qızını vurub. Daha sonra avtomobil yol kənarındakı hasara çırpılıb. Piyada hadisə yerində ölüb. Sürücü isə açıq kəllə-beyin travması alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin o, həkimlərin ilkin tibbi yardımı zamanı xəstəxananın pəncərəsindən qaçıb. Hazırda Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün axtarışına başlayıb.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
















