Piyadanın ölümünə səbəb olan sürücünün kimliyi müəyyənləşib

Astarada qəza törədərək piyadanın ölümünə səbəb olan sürücünün kimliyi müəyyənləşib. "Report"un məlumatına görə, bu, Zaqatala rayon sakini Samir Aydın oğlu Nadirovdur. O, qəzanı idarə etdiyi “Hyundai Elantra” markalı, 99 GL 063 dövlət nömrə nişanlı minik avtomobillə törədib. Sürücü istintaqa cəlb edilib.
*** 18:00
Astara rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun "Ləvəngi" ərazisində qeydə alınıb. Belə ki, "Hyundai" markalı avtomobil yolu keçmək istəyən Astara rayon sakini, 54 yaşlı Zahirağa Bağırovu vurub. Ağır bədən xəsarətləri alan Z.Bağırov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb və onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisəni törədən sürücünün şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanıb.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












