Piyadaya yol verən xanım sürücü qəza törətdi - VİDEO
Qəzalar
3 Avqust 2023 21:19
Oxunub 2698

Paytaxtın mərkəzi küçələrindən birində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına əsasən, qəza hadisəsi bir neçə gün əvvəl günorta saatlarında qeydə alınıb. Görüntüdən bəlli olduğu kimi, 99-KG-627 dövlət nömrə nişanlı, “Chevrolet Cruze” markalı avtomobil, “Toyota” markalı avtomobilə dəyib. Qəzanın baş verməsinə səbəb “Chevrolet”i idarə edən xanım sürücünün piyadaya yol verməsi olub. Qəza törədən sürücünün sözlərinə görə, piyadanın keçməsinə izin verərkən qəfil avtomobilini sağ tərəfdəki nəqliyyat vasitəsinə vurub və qəzadan sonra hadisəni dərk etdiyini bildirib.
Qeyd edək ki, avtomobillər müəyyən dərəcədə zədələnsə də, sürücülər arasında xəsarət alan olmayıb.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













