Polis bölməsinə çırpılan maşında tanınmış müğənninin qızı olub? - VİDEO - YENİLƏNİB

"Yeni Günəşli qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı qeyd edilən ünvanda olan əlavə iki avtomobilə maddi ziyan dəyib".
Bu məlumat Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilib.
"Hadisə ilə bağlı toplanan materiallar araşdırılması üçün Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təqdim edilib", - deyə məlumatda bildirilir.
Qeyd olunub ki, qəza nəticəsində xəsarət alan olmayıb.
***
"2025-ci ilin ilk günü mənim maşınımı vuran 90-OJ-071 dövlət nömrə nişanlı "Hyundai Azera" markalı avtomobilin sürücüsü olub. Maşında bir oğlan, bir qız olublar".
Bunu hadisə nəticəsində zərər çəkən avtomobillərdən birinin sürücüsü verdiyi açıqlamada deyib.
O qeyd edib ki, avtomobili sürən oğlanın 17 yaşı olub.
"Mən iki nəfəri gördüm. Deyəsən, çox adam olub, qoyub qaçıblar, Maşını gətirib 33-cü polis bölməsinə çırpıblar. Bildiyimə görə, maşındakı sərnişin tanınmış müğənni Kəmalə Günəşlinin qızıdır. Hadisə səhər saat 7-də olub. Mən öz avtomobilimi polis bölməsinin yanında saxlamışdım. Yaxşı ki, həmin vaxt maşında olmamışam, çünki iş günü olmayıb. Yüksək sürətlə gəlib maşınımı vurublar", - deyə sürücü bildirib.
***
Bu gün paytaxtın Yeni Günəşli qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Şahidlərin dediyinə görə, hadisəni "rent-a-car" şirkətindən icarəyə götürülmüş avtomobili idarə edən 17 yaşlı yeniyetmə törədib.
O, avtomobili yüksək sürətlə idarə edərək əvvəlcə həyətdə park edilmiş bir neçə maşına çırpılıb. Zərbənin təsirindən park halında olan avtomobillərdən biri yaxınlıqdakı polis bölməsinin divarını dağıdıb.
Qəza nəticəsində KIA, "Mercedes" və iki "Hyundai" markalı avtomobilə ciddi zərər görüb.
Xəsarət alanlarla bağlı məlumat yoxdur.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli açıqlamasında bildirib ki, hadisəyə səbəb kimi ilkin ehtimal olaraq sürücünün idarəetməni itirməsi olub.
Faktla bağlı araşdırma aparılır.
(oxu.az)
Dəhşətli qəzada ölən Elmirin FOTOsu
Hacıqabulda ağır qəza: Yük maşını baryerləri qıraraq əks yola çıxdı - VİDEO
Aydında ağır qəza: İki ölü, bir yaralı
Ankarada dəhşətli qəza: Bir ölü, iki yaralı
Rusiyada avtobusla yük maşını toqquşdu: 11 nəfər yaralandı
19 yaşlı sürücü avtomobillə 14 yaşlı yeniyetməni öldürdü – ANBAAN VİDEO
Naxçıvanda "VAZ-2107" "KAMAZ"la toqquşub, xəsarət alanlar var - FOTO
Azərbaycanlı gənc Gürcüstanda qəzada öldü
Bilgəh yolunda avtomobil dəmir arakəsməyə çırpıldı, SÜRÜCÜ ÖLDÜ - VİDEO
Prospektdə qadın sürücü “BMW”ni bordürə çırpdı - VİDEO
Ödənişli yolda qəza: “Gelandewagen” maneəyə çırpılıb aşdı - VİDEO










