Polis helikopteri qəzaya uğradı - 2 ölü

ABŞ-da, iğtişaşların baş verdiyi Şarlottsvill şəhərində polis helikopteri qəzaya uğrayıb, nəticədə 2 nəfər ölüb. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Virginiya ştatının polis idarəsinin məlumatında bildirilir. Məlumata görə, insident yerli vaxtla 17.00 radələrində (Bakı vaxtı ilə 01.00) meşə massivində baş verib. Hadisənin səbəbləri araşdırılır. Qeyd edək ki, Şarlottsvill şəhərində solçularla ultrasağçılar arasında baş verən toqquşmalarla əlaqədar Virginiya ştatında artıq bir neçə gündür fövqəladə vəziyyət elan edilib. İnsidentlər nəticəsində 1 nəfər ölüb, 34 nəfər xəsarət alıb. Ultrasağçılar hakimiyyət qurumlarının Vətəndaş müharibəsi dövründə Konfederasiya ordusunun generalı Robert Linin şəhər parkındakı heykəlini sökmək planına etiraz edirlər. Məlumata görə, aksiyalarda iştirak etmək üçün şəhərə ümumilikdə 6 minədək ultrasağçı gəlib.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












