Polis maşınına od vurdular – FOTO + VİDEO

Fransada əmək qanunvericiliyinə əlavələrə və dəyişikliklərə qarşı kütləvi etiraz aksiyaları davam edir. Dünən Parisdəki aksiyalara 220 min fransalı qatılıb. Avtosfer.az xəbər verir ki, dünənki aksiya zamanı Parisdə polis avtomobili yandırılıb. Daha sonra polis daşa basılıb. Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı və işıq-səs qumbaralarından istifadə edib.
Bununla yanaşı, Parisdəki Respublika meydanında polislər də aksiya keçirərək cəmiyyətin diqqətini yaranmış situasiyaya cəlb etməyə çalışıblar.
Fransada iqtidarda olan Sosialist Partiyası bu ilin əvvəlində əmək qanunvericiliyini liberallaşdırmağı, bu minvalla ölkədə yeni iş yerlərinin yaranmasına təkan verməyi təklif edib. Təkliflərin qayəsi iş yeri sahiblərinə əməkdaşları indiki durumdan fərqli olaraq daha asanlıqla işdən çıxarmağa imkan verir.
Bu təkliflər bütün ölkədə genişmiqyaslı etirazlara səbəb olub.




Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












