Polis rəisi intihar etdi - FOTO

Türkiyədə polis rəisi toy günü ona bağışlanan tapança ilə xidməti otağında intihar edib. Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə fevralın 14-də Adanda baş verib. İncirlik Polis Mərkəzinin polis rəisi, 41 yaşlı Akif Durak işə gəldikdən sonra uzun müddət otaqdan çıxmayıb. Narahat olan həmkarları onun otağına giriblər. Akif Durakı yaralı vəziyyətdə tapan polislər təcili yardım çağırıblar. Hadisə yerinə gələn təcili tibbi yardım xidmətinin əməkdaşları Akif Durakın dünyasını dəyişdiyini bildiriblər. Cəsəd analiz olunduqdan sonra yarılması üçün Anadolu Ədliyyə Tibb Qurumunun morquna aparılıb.
Mərhum Mehmet Akif Durakın Feysbukda paylaşdıqları da diqqət çəkib. O, "Yaşayan ölülərə yas saxlanılmaz", "Özün üçün dön dünya, nə sən veciməsən, nə də sənin kimi dönənlər", "Bəli, mən dəyişdim amma hamıya layiq olduğu dəyəri verəcək qədər dəyişdim" cümlələrini paylaşıb.
Hadisə ilə bağlı istintaq davam edir.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












