Polis rəisinin oğlu ilə bağlı xəbər yalan çıxdı: Bizdə "Galenvagen" yoxdur

Bir neçə gün öncə Bakıda ABŞ səfirliyinin avtomobilinin qəzaya uğraması və hadisənin Səbail rayon DYPŞ-nin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyevin oğlu tərəfindən törədilməsi barədə xəbər yalandir. Bu barədə Avtosfer.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdareləsinin bölmə rəisi, polkovnok Vaqif Əsədov məlumat verib. bildirib ki, Nəsimi rayonu Azadlıq prospektində 3 ay əvvəl bir hadisə baş verib. Amma o hadisənin bu gün yayılan məlumatla heç bir əlaqəsi yoxdur: "İdarə tərəfindən araşdırma aparıldı və yazılanlar təsdiqini tapmadı. Amma çox maraqlıdır ki, bir neçə gün əvvəl mənə jurnalistlər zəng edib bu barədə sual vermişdilər. Mən də bildirdim ki, belə bir hadisə baş verməyib. Lakin üstündən bir həftə keçəndən sonra bunu yayıblar. Görəsən, burada məqsəd nədir? Qəribədir ki, belə bir hadisə baş vermədiyi halda, bəzi jurnalistlər heç bir dəqiqləşdirmə aparmadan xəbər yayıblar".
DYP rəisi Cəmşid Hənifeyev özü də Avtosfer.az-a bildirdi ki, yayılan xəbərin ona və ailəsinə heç bir adiyyatı yoxdur: "Birincisi, mənim oğum balacadır. Maşın sürmür. İkincisi isə bizim "Galenvagen" markalı maşınımız yoxdur. Düşünurəm ki, yayılan bu informasiya yol polisinin fəaliyyətinə kölgə salmağa hesablanıb. Lakin bunun heç bir əsası yoxdur".
Elmin
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı










