Polisdən Ağamalının adam vurması ilə bağlı AÇIQLAMA

Bakının Nəsimi rayonu ərazisində gecə saatlarında piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsində avtomobili Yalçın Fəzail oğlu Ağamalı idarə edib.
Avtosfer.az xəbər verir ki, bu sözləri axar.az-a Nəsimi Rayon Polis İdarəsinin növbətçi hissəsindən bildiriblər. Polis İdarəsindən qəzanı törədən şəxsin millət vəkili Fəzail Ağamalının oğlu olub-olmaması barədə hər hansı bilgiyə malik olmadıqları da qeyd edilib.
1 saylı Kliniki Tibbi Mərkəzdən (Semaşko) isə bildirilib ki, yaralı Nurullayev Qərib Şakir oğlu hazırda palatadadır və vəziyyəti yaxşıdır: “Onun sağlamlığı üçün heç bir təhlükə yoxdur, müalicəsi davam etdirilir”.
Qeyd edək ki, Nəsimi rayonu ərazisində baş vermiş qəza hadisəsi zamanı 36 yaşlı Ağamalı Yalçın Fəzail oğlu Tibb Universitetinin qabağında idarə etdiyi "Cip" markalı avtomobil ilə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Nurullayev Qərib Şakir oğlunu vurub.
"Report"un məlumatına görə, qəzanı törədən şəxs millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail İbrahimlinin oğludur. Ana Vətən Partiyasının mətbuat xidməti isə F.Ağamalının oğlu Yalçının artıq 15 gündür Türkiyədə olduğunu bildirib və məlumatı təkzib edib
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












