"Prado" "Lexus"la toqquşdu; maşınlar bu hala düşdü - DYP-dən AÇIQLAMA - VİDEO

"Bu gün saat 08:27-də paytaxtın Heydər Əliyev prospektində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb".
Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli deyib.
"Baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində 10-HO-033 dövlət nömrə nişanlı "Lexus", 90-RZ-626 dövlət nömrə nişanlı "Toyota Prado", 99-TY-590 dövlət nömrə nişanlı "Ford Tranzit", 77-CH-735 dövlət nömrə nişanlı "Toyota Prius", 77-BF-279 dövlət nömrə nişanlı "Hyundai Accent" və üstündə xarici BY 279 YB nömrə nişanı olan "Mercedes-Benz" markalı avtomobillər toqquşub. Avtomobillərə ciddi ziyan dəyib, xəsarət alan olmayıb.
Hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı BŞDYPİ-də araşdırma aparılır", - deyə R.Əhmədli bildirib.
(oxu.az)
14:37
***
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, "Toyota Prado" markalı avtomobil "Lexus"la toqquşub. Qəza nəticəsində hər iki avtomobilə ziyan dəyib.
Saman daşıyan yük maşını sərt döngədə avtomobillərin üzərinə aşdı - VİDEO
İran vətəndaşı Bakı-Quba yolunda qəzaya səbəb oldu: YARALI VAR - YENİLƏNİB
Bakı-Qazax yolunda ağır qəza - Yük avtomobilləri toqquşdu - VİDEO - YENİLƏNİB
Sumqayıtda qaldırıcı kran aşdı - FOTO
Gəncədə maşının arxa təkəri dəmirə dəydi; ağır qəza baş verdi - Ölən var
Bakıda bir-birinə yol verməyən avtomobillər TOQQUŞDU - FOTO
Yüksək sürət ağır qəzaya səbəb oldu – Sərnişin maşından havaya uçdu – ANBAAN VİDEO
Yasamalda qəza törədən moto-kuryer hadisə yerindən qaçdı - REAL VİDEO
Laçın-Şuşa yolunda HƏRBÇİLƏR QƏZAYA DÜŞDÜLƏR: ÖLƏN var - YENİLƏNİB
Faciəli şəkildə ölən gizirin FOTOsu
"Gənclik”də 2 marşrut avtobusu toqquşdu - FOTO











