Prezidentin sürücüsü qəzaya düşüb öldü – VİDEO+FOTO

Rusiya mətbuatında sentyabrın 2-də baş verən qəzada Rusiya Prezidenti Administrasiyasının ən yaxşı sürücülərindən birinin BMW markalı xidməti avtomobili ilə qəzaya düşməsi barədə xəbərlər və fotoşəkillər yer alıb. Avtosfer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Federasiya Şurası faktı təsdiq edərək sürücünün ailəsinə və yaxınlarına başsağlığı verib. İlkin məlumatlara görə prezidentin sürücüsü yol nəqliyyat hadisəsində təqsirkar olmayıb. Kremlin xidməti avtomobili qarşıdan gələn "Mersedes" markalı avtomobillə toqquşub. Qəzada BMW-nin sürücüsü ölüb, "Mersedes"in sürücüsü ağır yaralanıb. Hadisə Moskvada, Kutuzov prospektində baş verib. Ölən sürücünün Kremldə 40 il iş stajının olduğu, uzun illər ən vacib dövlət adamlarına, prezidentə, nazirlərə, hökumət və Dövlət Dumasının üzvlərinə xidmət göstərdiyi bilidirlir.
Namiq
Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıblar - VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB














