Prospektdə ağır qəza: “Hyundai”dəmir maneələrə çırpılıb əzik-əzik oldu, sürücü - VİDEO

Qəzalar 11 İyul 2024 15:33 Oxunub 858
Prospektdə ağır qəza: “Hyundai”dəmir maneələrə çırpılıb əzik-əzik oldu, sürücü  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Nərimanov rayonu Ziya Bünyadov prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəzayla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli Avtosfer.az-a açıqlama verib. O bildirib ki, hadisə iyulun 11-də saat 06:20 radələrində qeydə alınıb. Belə ki, 90-DO-959 dövlət nömrə nişanlı “Hyundai” markalı maşının sürücüsü idarəetməni itirib və avtomobili bordürə çıxararaq dəmir maneələrə çırpıb. Hadisə şahidlərinin iddiasına əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Zərbənin təsirindən avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Hadisə zamanı sürücü - Qasımov Əli Cavanşir oğlu xəsarət alıb.

Qeyd edək ki, faktla bağlı araşdırma davam edir.  

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh