Prospektdə ağır qəza; xəsarət alanlar var - VİDEO - YENİLƏNİB

01.09.2025-ci il tarixində saat 00:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub.
"Hadisə yerində 23 yaşlı (kişi cinsli) şəxsə ilkin tibbi yardım göstərilib və Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Tibb müəssisəsində müalicəsi davam etdirilən pasiyentə döş qəfəsinin küt travması diaqnozu təyin olunub, vəziyyəti orta ağır qiymətləndirilir", - məlumatda qeyd olunub.(unikal)
***09:18
Gecə saatlarında paytaxtın “20 Yanvar” metrosu yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, iki “KamAZ” və dörd minik avtomobilinin iştirakı ilə Ziya Bünyadov prospektindəki tuneldə zəncirvari qəza qeydə alınıb.
Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Qəza yerində hərəkət məhdudlaşıb və uzun tıxac yaranıb. İlkin ehtimallara görə, hadisəyə yola tökülən yağ səbəb olub.
Hadisə yerinə dərhal polis və təcili yardım əməkdaşları cəlb olunub.
Eltac Zülfüqaroğlu
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü












