Prospektdə “KIA” qayda pozan yük maşınıyla toqquşdu - ANBAAN VİDEO

Paytaxtın Babək prospektində baş vermiş yol-nəqliyyat hadisəsi avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ln məlumatına görə, qəza bir müddət əvvəl günorta saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “KIA” markalı avtomobil, 77-GF-265 dövlət nömrə nişanlı “SC” markalı yük maşınıyla toqquşub. Kadrdan göründüyü kimi, yük maşınının sürücüsü yola baxmadan düz xəttin tələbini pozaraq sola manevr edib. Nəticədə o, həmin zolaqda hərəkətdə olan maşına çırpılıb. Zərbənin təsirindən yük maşını fırlanaraq əks istiqamətdə dayanıb. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Qeyd edək ki, sürücü manevr etməzdən əvvəl zolağın boş olduğuna və digər hərəkət iştirakçılarına əngəl törətmədən zolağın boş olduğuna əmin olduqdan sonra əməliyyatı icra etməlidir. Əks halda qəza qaçılmazdır.
Nərmin
Babək prospektindəki qəzanın ANBAAN VİDEOSU
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB












