Banner

Prospektdə motosiklet arakəsməyə çırpıldı, kuryer yaralandı - VİDEO

Qəzalar 28 Noyabr 2025 12:30 Oxunub 1106
Prospektdə motosiklet arakəsməyə çırpıldı, kuryer yaralandı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 28-də saat 09:21 radələrində baş verib. Məlumata əsasən, “Wolt” şirkətinin kuryerinin idarə etdiyi motosiklet nəzarətdən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Zərbə nəticəsində motosikletə ciddi maddi ziyan dəyib, sürücü isə yüngül bədən xəsarətləri alıb.

Qeyd edək ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.
 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh