Banner

"Protiv" sürən sürücü qəza törədib qaçdı- 90 LF 719 - VİDEO

Qəzalar 16 Noyabr 2020 14:30 Oxunub 4236
 "Protiv" sürən sürücü  qəza törədib qaçdı- 90 LF 719 - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda təhlükəli hərəkət edib qəza törədən sürücünün videogörüntüsünü oxuculardan biri redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, sentyabrın 2-i paytaxtın Hüseynbala Əliyev küçəsində qoşa xəttin tələbini pozan 90-LF-719 qeydiyyat nişanlı “Hyundai Accent” markalı avtomobilin sürücüsü əks istiqamətdə axına qarşı hərəkət edib. Bu zaman qarşıdan gələn avtomobilin güzgüsünü vuraraq hadisə yerindən yayınıb.

Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsindən Avtosfer.az-a verilən məlumata görə 90-LF-719 qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü Ağalarov Talıb Bahadur oğlu barəsində “İnzibati Xətalar Məcəlləsi”nin 327.4-cü maddəsi ilə 4 bal 100 manat cərimə protokolu yazılıb.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh