Pulla dolu təyyarə qəzaya uğradı: 15 nəfər öldü

Boliviyada ölkənin Hərbi Hava Qüvvələrinə məxsus "C-130 Hercules" təyyarəsinin qəzaya uğraması nəticəsində azı 15 nəfər ölüb, 28 nəfər yaralanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Marsela Flores "Unitel" telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, zərərçəkənlərin əksəriyyətinin vəziyyəti ağırdır.
Qəza zamanı yeddi heyət üzvünün sağ qaldığı açıqlanıb. Bir nəfərin isə itkin düşdüyü qeyd olunur.
Yayılan məlumatlara görə, təyyarə eniş zamanı uçuş zolağından çıxaraq, hava limanı yaxınlığındakı magistral yolda nəqliyyat vasitələri ilə toqquşub.
Xəbərdə bildirilir ki, təyyarə nağd pulla yüklü olub. El-Alto şəhərində baş verən qəza zamanı yüz minlərlə boliviano əsginası (yerli valyuta) yerə dağılıb. Təhlükəsizlik qüvvələri yerdən pulları yığan insanları qovmaq üçün su şırnaqlarından istifadə etmək məcburiyyətində qalıblar.
Qəzanın dəqiq səbəbi araşdırılır.
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - VİDEO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO












