Qaçqın şəhərciyində yol qəzası baş verib: yaralananlar var

Biləsuvarda baş vermiş zəncirvari qəzada yaralanalar var. Hadisə Biləsuvar ərazisində qaçqın şəhərciyi ərazisində qeydə alınıb. Yük maşını sərnişin avtobusu ilə toqquşub, sonra minik avtomobilinə çırpılıb. Nəticədə 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İmişlinin Aranlı kənd xəstəxanasında ilk tibbi yardım aldıqdan sonra onlar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda yaralılara tibbi yardım göstərilir.
Biləsuvar rayonunda baş verən zəncirvari yol qəzasında xəsarət alanların kimlikləri məlum olub. APA-nın verdiyi məlumata görə, xəsarət alanlar Biləsuvarda məskunlaşan Cəbrayil rayon sakinləri, hər ikisi 1977-ci təvəllüdlü Ağayev Azər Heydər oğlu və Qafarov Maşallah Məhəmmədəli oğludur. A.Ağayev açıq kəllə-beyin travması diaqnozu ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti nisbətən yüngül olan M.Qafarov travmatologiya şöbəsində müalicə alır.
Faktla bağlı araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












