Qadın piyadaları vurub qaçan Neftçala sakini tutuldu

Neftçala rayonunun hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü tutularaq istintaqa cəlb olunub. Baş Prokurorluğun mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, martın 4-də saat 16:30 radələrində Neftçala rayonu, Xolqaraqaşlı kənd sakini, 1983-cü il təvəllüdlü Şahpələng Muradov sürücülük hüququ olmadan idarə etdiyi yedəkli motosikllə kənd ərazisində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq piyadalar - həmin kənd sakinləri, 1971-ci il təvəllüdlü Güldəstə Zeynalova və 1969-cu il təvəllüdlü Yeganə Təhməzovanı vuraraq hadisə yerindən qaçıb. Hər iki şəxs Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da sonuncu aldığı xəsarətlərdən vəfat edib, G.Zeynalova isə müalicəsini davam etdirir. Faktla bağlı Neftçala rayon Polis Şöbəsinin İstintaq qrupunda Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ş.Muradov tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Emin
Naxçıvanda qəza: Ölən var
Bakıda dairəyə düzgün daxil olmayan sürücü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Qaxda ağır qəza: Yük avtomobili ağaca çırpıldı - VİDEO
Qusarda AĞIR QƏZA: Yük avtomobili aşdı, sürücü həyatını itirdi - VİDEO
Bakıda AĞIR QƏZA: Avtomobil ikiyə bölündü - VİDEO - YENİLƏNİB
Velosipedlə yola çıxan azyaşlı avtomobillə toqquşdu: Sürücü onu ölümdən xilas etdi - VİDEO
Sumqayıtda zəncirvari qəza: Üç avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
Ürək tutmasından öldü - Qəzaya səbəb oldu
Bakıda film kimi hadisə - Əks yola çıxan “Changan” “KİA” ilə toqquşaraq aşdı - VİDEO
Bakı-Quba yolunda toqquşan yük maşınları zəncirvari qəza törətdi; 8 avtomobil… - VİDEO
“Tofaş” və “BMW” toqquşdu - Sürücülərdən biri öldü - AÇIQLAMA










