Qadın sürücü avtomobili aşırdı: yaralılar var - FOTO

Şabran rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Avtosfer.az report-a istinadən bildirir ki, hadisə Bakı-Quba magistral yolunun 120-ci kilometrliyində qeydə alınıb.
Abşeron rayon sakini, 42 yaşlı Lena Əsgər qızı Mustafayeva "Lada Priora" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili aşırıb. Nəticədə xanım sürücü və onun sərnişini, Zəngilan rayon sakini, 36 yaşlı Faimə Ağayeva ağır bədən xəsarətləri alaraq Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Şabran Rayon Polis Şöbəsindən (RPŞ) "Report"a bildirilib ki, hadisəyə səbəb ilkin versiya kimi avtomobilin yüksək sürətlə idarə edilməsi olub: "Qəzanın dəqiq səbəbləri aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq".
Faktla bağlı araşdırmalara başlanılıb.


Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












