Banner

Qadın sürücü İcra Hakimiyyətinin komendantını vurdu - 10 GD 016

Qəzalar 27 Dekabr 2021 10:59 Oxunub 900
Qadın sürücü İcra Hakimiyyətinin komendantını vurdu - 10 GD 016
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı-Quba yolunda piyadanı maşın vurub.

Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə yolun 126-cı kilometrliyində qeydə alınıb.

Bakının Yasamal rayon sakini Məmmədova Leyla Vahid qızı idarə etdiyi “Jeep” markalı 10-GD-016 dövlət qeydiyyat nişanlı maşınla piyada - Şabran rayonu, Dəvəçi kənd sakini, 1977-ci il təvəllüdlü Səbuhi Bayramovu vurub.

Ağır bədən xəsarətləri alan piyada Şabranda ilkin tibbi yardım göstərildikdən sonra paytaxtda yerləşən tibb müəssisələrindən birinə köçürülüb.

Qeyd edək ki, S. Bayramov Şabran Rayon İcra Hakimiyyətinin komendantı vəzifəsində çalışır.

Faktla bağlı araşdırmalar davam etdirilir

ŞƏRH YAZ
Ad

E-mail

Şərh