Qadın sürücü "padpres"dən çıxıb divara çırpıldı - Bakıda - FOTOLAR

Bakıda zəncirvari yol qəzası baş verib, üç avyomonil toqquşub. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu ərazisində, Teymur Elçin küçəsində qeydə alınıb. İlkin ehtimala görə, qəzaya Əsgərova Ləman Mahmud qızının idarə etdiyi “Pejo” markalı avtomoil səbəb olub. Qadın sürücü “Azneft dairəsi” istiqamətində yüksək sürətlə hərəkət edərkən qarşıdan gələn “Kia” markalı avtomobilə, o isə “Toyota” markalı başqa maşına çırpılıb. Zərbənin təsirindən Ləman Əsgərova avtomobilin alın şüşəsindən çıxaraq yol kənarındakı divara çırpılıb. Avtomobildəki sərnişin də xəsarət alıb. Əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Qadın sürücü və yaralı sərnişin 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO

















