Qadın sürücü qəza törətdi: sürücülər arasında mübahisə yaranıb - FOTO

Bakıda qadın sürücü qəza törədib, sürücülər arasında mübahisə yaranıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Nərimanov rayonunda baş verib.
Belə ki, aeroport şossesində 99 CH 192 dövlət qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobili idarə edən qadın sürücü qəfildən ötmə əməliyyatını yerinə yetirmək üçün qadağan edilən düz xəttin üzərindən sağ zolağa keçib. Bu zaman avtomobilin arxasında hərəkətdə olan 10 LM 970 dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobili idarə edən Əsgərov Gündüz Murad oğlu idarəetməni itirərək, "Chevrolet"ə çırpılıb. Nəticədə avtomobillərə ciddi ziyan dəyib. Hər iki sürücü arasında mübahisə yaranıb.
"VAZ-2107"-də olan sərnişinlər hadisənin baş verməsində "Chevrolet"i idarə edən qadın sürücünü günahlandırıblar. Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib və hər iki sürücünün izahatı alınıb.
Fakt araşdırılır, avtomobillər isə cərimə meydançasına yerləşdirilib.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
















