Qadın sürücü yol qəzasına səbəb oldu: 2 nəfər xəsarət alıb - Bakıda

Bakıda qadın sürücü ağır yol qəzasına səbəb olub, iki nəfər xəsarət alıb. Avtosfer.az apa-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində Afiyəddin Cəlilov və Fəzail Bayramov küçələrinin kəsişməsində baş verib.
Svetlana Məmmədova idarə etdiyi “Toyota” markalı avtomobillə Fəzail Bayramov küçəsi ilə hərəkətdə olarkən məcburi hərəkət nişanının tələbini pozub və Afiyəddin Cəlilov küçəsində sağa dönmək əvəzinə düzünə hərəkət edib. Bu vaxt Pərviz Həmzəyevin idarə etdiyi və Afiyəddin Cəlilov küçəsi ilə “Cavanşir körpüsü”nə doğru hərəkətdə olan “Mercedes” markalı maşın “Toyota”ya çırpılıb. Zərbənin gücündən “Toyota” yoldan çıxıb, Afiyəddin Cəlilov və Fəzail Bayramov küçələrinin kəsişməsindəki reklam dirəyinə dəyib.
Hadisə nəticəsində “Toyota”nın sürücüsü Svetlana Məmmədova xəsarət alıb və sükan arxasında köməksiz qalıb. Yaralı sürücünü avtomobildən hadisə şahidləri çıxarıblar. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası müxtəlif dərəcəli xəsarətlər alan qadın sürücünü 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparıblar.
“Mercedes”in sürücüsü Pərviz Həmzəyev isə yüngül xəsarət alıb. Təcili tibbi yardım briqadası ona əvvəlcə hadisə yerində ilkin yardım göstərib, daha sonra xəstəxanaya aparıb.
Xətai Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar. İlkin ehtimala görə, hadisəyə “Toyota”nın sürücüsünün yol hərəkəti qaydasını pozması səbəb olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ













