Qadın sürücülər qəza törətdi: Tıxac yarandı - FOTO

Bakıda iki qadın sürücü yol qəzası törədib. Avtosfer.az trend-ə istinadən xəbər verir ki, hadisə noyabrın 28-də səhər saat 09:00 radələrində paytaxtın Yasamal rayonu ərazisində baş verib. "Nissan Tida" markalı 90 MD 886 dövlət nömrə nişanlı avtomobil Badamdar qəsəbəsindən hərəkət edərkən Yasamal rayonu ərazisində, AMEA-nın Mərkəzi Nəbatat Bağının qarşısındakı piyada keçidində idarəetməni itirərək, həmin yolda hərəkətdə olan 99 FK 103 dövlət nömrə nişanlı "Nissan X-Trail" markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Qəza həmin yolda böyük tıxaca səbəb olub. Bakı şəhər Dövlət Yol Polisi əməkdaşlarının müdaxiləsindən sonra yolda avtomobillərin hərəkəti bərpa olunub.
Xatırladaq ki, hər iki avtomobili idarə edən sürücülər qadın olub.




Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












