Qadını yolun ortasında öldürüb qaçdılar - YENİLƏNİB - FOTO

16:15
Avtosfer.az kəpəztv-yə istinadən xəbər verir ki, Tovuzda süpürgəçi qadını maşın vurub. Hadisə səhər saatlarında rayonun girişində, Tovuz çayının üzərindən keçən körpüdə baş verib. Ərazini süpürən 60 yaşlı qadını Qovlar şəhər sakini Elşad Novruzov idarə etdiyi "VAZ 2104" markalı avtomobillə vurub. Nəticədə Bozalqanlı kənd sakini Zöhrə Bayramova dünyasını dəyişib. Onun meyidi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Tovuz rayon şöbəsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.
---------
11:49
Avtosfer.az kəpəztv-yə istinadən xəbər verir ki, Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə bu gün səhər saatlarında qeydə alınıb. Tovuz çayı üzərində olan körpünün yaxınlığında Qovlar qəsəbə sakini Elşad Novruzovun idarə etdiyi "VAZ 21 04" markalı avtomobil qadını vurub. 60 yaşlı Bozalqanlı kənd sakini Zöhrə Bayramova aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
-----------
09:47
Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az kəpəztv-yə istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında Tovuz çayı üzərində olan körpünün yaxınlığında qeydə alınıb. Naməlum avtomobil hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı qadını vurub və hadisə yerindən uzaqlaşıb.
Qadın aldığı xəsarətdən hadisə yerində ölüb. Onun meyiti Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparılıb.


Paytaxtda ağır qəza: Üç avtomobil toqquşdu - VİDEO
Bərdədə zəncirvari qəza: Dörd nəfər xəsarət aldı - FOTO
Gürcüstanda içində turistlərin olduğu avtobus qayadan aşdı: Ölənlər var - FOTO
Azyaşlı övladı ötən ilin bu vaxtlarında qəzada həlak olubmuş...
Tunelin çıxışında zəncirvari qəza: Üç avtomobil bir-birinə çırpıldı - VİDEO
12 yaşlı Tapdıq ona hədiyyə olunan maşınla yola çıxıbmış - VİDEO
İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb: Yaralılar var - YENİLƏNİB
Yevlaxda dəhşətli qəza: İki nəfər öldü, üç nəfər yaralandı - VİDEO
Ələt-Astara yolunda qəza olub: Üç nəfər xəsarət alıb
Mingəçevir-Xaldan yolunda arxa təkərləri qopan avtomobil dirəyə çırpıldı - VİDEO
Türkiyədə təlim təyyarəsi qəzaya düşdü - VİDEO










