Qala qəsəbəsində avtomobil qatarla toqquşdu - VİDEO

Qəzalar 27 Fevral 2026 11:36
Qala qəsəbəsində avtomobil qatarla toqquşdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı şəhərinin Xəzər rayonu, Qala qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, "Ford" markalı yük avtomobilinin hərəkətdə olan qatara çırpılması nəticəsində qəza hadisəsi baş verib və yük avtomobilinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə vətəndaş, 1981-ci il təvəllüdlü Rövşən Ədalət oğlu Soltanovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

Oxunub : 78
ŞƏRH YAZ
Ad

E-mail

Şərh