Qaradağ İcra Hakimiyyətinin qarşısında qəza: “VAZ” dəmir məhəccərə girdi - RƏSMİ - VİDEO

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, qəza oktyabrın 27-də saat 10:00 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nəriman Nərimanov küçəsində baş verib: “Belə ki, hərəkətdə olan 90-MS-141 dövlət nömrə nişanlı “Isuzu” markalı sərnişin avtobusu, 50-EX-432 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobillə toqquşub. Daha sonra “VAZ” markalı avtomobil yoldan çıxıb və yaşıllığa girib. Hadisə nəticəsində xəsarət alan olmayıb”.
*** 12:30
Qaradağ rayonu, Lökbatan qəsəbəsində (Qaradağ Rayon İcra Hakimiyyətinin qarşısında) yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza oktyabrın 27-də səhər saatlarında Seymur Orucov küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan 50-EX-432 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin yoldan çıxaraq dəmir məhəccərə girib. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb sürücünün anidən idarəetməni itirməsi olub. Hadisə zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Nərmin
Naxçıvanda avtomobil su kanalına aşdı - Bir ailənin 4 üzvü xəsarət aldı - ADLAR
Ələt-Astara magistralında TIR qəzaya düşdü - VİDEO
Yük və minik maşınları toqquşdu, sürücü öldü
“Nissan” “Ford”la toqquşub yandı – Yoldan keçən cütlük sürücünü xilas etdi - VİDEO
Gəncədə yol qəzası baş verib, biri körpə olmaqla üç nəfər xəsarət alıb - FOTO
Yolayrıcında qəza: “Mercedes” və “VAZ” toqquşdu - VİDEO
Yol polisi ölüm hadisəsinə görə xəbərdarlıq etdi - Kvadrisikli məsuliyyətsiz sürəndə... - FOTO
Qubaya istirahətə gedən Elçin kvadrosikl qəzasında öldü - FOTO
Prospektdə sürət həddini aşan “Opel” “Mercedes”lə toqquşdu - VİDEO
Yüksək sürət qəzaya səbəb oldu; avtomobil TIR-ın altına girdi - VİDEO
Qırmızı işığı saymayan sürücü ağır qəzaya səbəbə oldu – ANBAAN VİDEO










