Banner

Qaradağda baş verən qəzada bir nəfər ölüb, 4 nəfər xəsarət alıb - RƏSMİ - FOTO

Qəzalar 24 Fevral 2021 13:47 Oxunub 1032
Qaradağda baş verən qəzada bir nəfər ölüb, 4 nəfər xəsarət alıb - RƏSMİ   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qaradağ rayonu ərazisində baş verən avtoqəza nəticəsində 1 nəfər (kişi) hadisə yerində dünyasını dəyişib.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Respublika Kliniki Xəstəxanasına yerləşdirilib. 1 nəfərə isə yerində yardım göstərilib.

Qeyd edək ki, Bakıda zəncirvarı yol qəzası olub.

Hadisə paytaxtın Qaradağ rayonu ərazisində, Bakı Dairəvi Yolunun Lökbatandan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, qəza nəticəsində 15-20 avtomobil toqquşub.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh