Qardaşının toy günü qəza törətdi: 3 il azadlıqdan məhrum edildi

Qusarda avtomobillə piyadanı vuraraq ölümünə səbəb olan Ağası Məmmədbəyovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, Ağası Məmmədbəyov "VAZ-2110" markalı avtomobillə piyada Səlim Qubatovu vurub.
Piyada hadisə yerində dünyasını dəyişib.
Araşdırma zamanı məlum olub ki, avtomobil Ağasının qardaşı Rəşada məxsusdur. Hadisə baş verən gün Rəşadın toyu imiş.
Ağası qardaşının toy məclisində ofisiant kimi işləməyə gəlmiş şəxsləri kəndlərinə aparan zaman yolda qəza baş verib. Ağası deyib ki, əks yoldan gələn avtomobilin led işıqları onun gözünə düşüb və ani olaraq yolu görməyib. Piyadanı 2-3 metr məsafədə görsə də, qəzanın qarşısını ala bilməyib.
Mərhumun atası Ağası ilə barışıq əldə edib.
Məhkəmənin hökmü ilə Ağası barəsində üç il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilib. Ağası cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Kayseridə sərnişin avtobusu yanacaq daşıyan tankerlə toqquşdu: 38 yaralı
Hava limanı yolunda zəncirvari qəza - Üç maşın toqquşdu - VİDEO
Anasının gözləri qarşısında maşın vurub öldürdü - VİDEO
Bu gün yeni restoranının açılışı olacaqdı; qəzada ÖLDÜ - FOTO
Dəhşətli QƏZA: ÖLƏN VAR
Bakının mərkəzində AĞIR QƏZA: 32 yaşlı kişi ÖLDÜ
Yevlaxda maşın motosikletlə toqquşdu - Sürücü ÖLDÜ
Sabirabadda AĞIR QƏZA: ÖLƏN var - FOTO - YENİLƏNİB
“Nohur Göl”ün qarşısında qəza: “Ford” və “Mercedes” toqquşdu - VİDEO
Binədə qəza: İki “Toyota” toqquşdu - VİDEO
Bərdədə qəza: Ölən var










