Qarlı fəlakət: Şose yolunda zəncirvari qəza - VİDEO

ABŞ-da qış fırtınasının səbəb olduğu təhlükəli hava şəraiti ölkənin müxtəlif yollarında ciddi qəzaların baş verməsinə səbəb olub.
Avtosfer.az Musavat.com-a istinadla xəbər verir ki, sosial mediada yayılan görüntülərdə sürücülərin duman və buzlu yollarda idarəetməni itirdiyi anlar əks olunub.
Instagram platformasında paylaşım edən Damonte Harris adlı istifadəçi “Winter Nightmare” (Qış Kabusu) başlıqlı videosunda, qarlı və buzlu yolda avtomobillərin bir-birinə çırpıldığını göstərir. Görüntülərdən aydın olur ki, iri tonnajlı yük maşınları və minik avtomobilləri təhlükəli vəziyyətə düşüb, bəzi nəqliyyat vasitələri isə idarəetməni tamamilə itirib.
Paylaşımında sürücülərə xəbərdarlıq edən Harris, “Hava şəraiti sürməyə uyğun deyilsə, avtomobilinizi park edin! Orada təhlükəsiz olun,” sözləri ilə yolda olan hər kəsi ehtiyatlı olmağa çağırıb.
Qəzanın baş verdiyi bölgədə polis və xilasedicilər iş başındadır. Meteoroloqlar yaxın günlərdə də oxşar hava şəraitinin davam edəcəyini bildirərək, sürücüləri ehtiyatlı olmağa çağırıb.
Hazırda bu görüntülər sosial mediada sürətlə yayılır və milyonlarla insan tərəfindən izlənilib.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












