Qarlı havada iki “VAZ” toqquşdu, biri dərəyə düşdü - VİDEO

Ağsu-Kürdəmir-İmişli yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza yanvarın 20-də səhər saatlarında qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı maşın, “VAZ-2106” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən “VAZ-2107” dərəyə düşüb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb düzgün ara məsafəsinin seçilməməsi olub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qarlı və buzlu havada sürücülər sürət həddini minimuma endirməli, nəqliyyat vasitələri arasında təhlükəsiz ara məsafəsini qorumalı, kəskin manevr və ani əyləclərdən çəkinməlidirlər.
Eyni zamanda bu cür hava şəraitində mövsümə uyğun təkərlərdən istifadə etmək və diqqəti maksimum səviyyədə saxlamaq vacibdir.
Nərmin
Neftçalada avtobusla minik maşını toqquşdu: Xəsarət alanlar var - FOTO
İki gəncin ölümünə görə həbs edilən sürücü 3 gün sonra niyə buraxıldı?
Bakıda qadın sürücü “BMW” ilə şou göstərdi; vurub bardürə dırmaşdırdılar - VİDEO
Yevlaxda AĞIR QƏZA: İki nəfər ÖLDÜ - FOTO
Nərimanovda “Toyota” skuter sürücüsünü vurub ÖLDÜRDÜ - VİDEO
Ucarda ard-arda iki “Chevrolet” qəzaya düşdü - VİDEO
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO
İki rayonda piyadaları maşın vurub öldürdü - ANBAAN VİDEO
Qoyun daşıyan yük maşını yolun ortasına aşdı - VİDEO
Əhməd Rəcəblidə AĞIR QƏZA: Avtomobillərə ciddi ziyan dəydi - VİDEO
Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu - VİDEO












