Qarlı yolda sürüşən “Prius” qaz borusuna dəyib dərəyə yuvarlandı - VİDEO
Qəzalar
24 Yanvar 2024 21:06
Oxunub 2130

Abşeron rayonu Qobu qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, yanvarın 24-ü səhər saatlarında qeydə alınıb. Belə ki, taksi fəaliyyəti ilə məşğul olan 77-KU-219 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobil qəzaya uğrayıb. Hadisə şahidlərinin iddiasına əsasən, qəzaya səbəb yüksək sürət olub. Nəticədə hava şəraitiylə əlaqədar idarəetmədən çıxan maşın qaz borusuna dəyərək dərəyə aşıb. Hadisə zamanı nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Sürücü ciddi xəsarət almayıb.
Qeyd edək ki, hadisə yerinə cəlb edilmiş evakuasiya xidməti qəzalı avtomobili ərazidən götürüb.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













