Qarlı yollar qan çanağına döndü: 4 ölü, 16 yaralı

Ötən gün qarlı və buzlu yollarda avtomobillərin sürüşməsi nəticəsində baş verən qəzalar zamanaı 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib. Şöbə rəisinin sözlərinə görə, onlardan Daşkəsən rayonunda "Niva" markalı avtomobilin körpüdən aşması nəticəsində 2 nəfər vəzifəli şəxs ölüb. Digər hadisə isə Abşeron rayonunda Bakı-Quba yolunun 15-ci km-də, Abşeron Gənclər Şəhərciyinin yaxınlığında baş verib. Burada "Lexus" markalı avtomobilin maneəni vurması nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Ümumilikdə yanvarın 26-da respublikanın avtomobil yollarında 12 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr nəticəsində 4 nəfər ölüb, 16 nəfər yaralanıb. Onlardan 4-cü ölüm faktı piyadanın vurulması ilə bağlı olub. Hadisə yenə də Abşeron rayonunda, Bakı-Şamaxı yolunun 16,5-ci km-də baş verib. Yol polisi sözçüsü bir daha sürücü və piyadaları yollarda maksimum diqqətli olmağa çağırıb, onlara hava və yol şəraitini nəzərə alaraq və maksimum aşağı sürətlə hərəkət etmələrini tövsiyə edib.
Paytaxtda ağır qəza: Üç avtomobil toqquşdu - VİDEO
Bərdədə zəncirvari qəza: Dörd nəfər xəsarət aldı - FOTO
Gürcüstanda içində turistlərin olduğu avtobus qayadan aşdı: Ölənlər var - FOTO
Azyaşlı övladı ötən ilin bu vaxtlarında qəzada həlak olubmuş...
Tunelin çıxışında zəncirvari qəza: Üç avtomobil bir-birinə çırpıldı - VİDEO
12 yaşlı Tapdıq ona hədiyyə olunan maşınla yola çıxıbmış - VİDEO
İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb: Yaralılar var - YENİLƏNİB
Yevlaxda dəhşətli qəza: İki nəfər öldü, üç nəfər yaralandı - VİDEO
Ələt-Astara yolunda qəza olub: Üç nəfər xəsarət alıb
Mingəçevir-Xaldan yolunda arxa təkərləri qopan avtomobil dirəyə çırpıldı - VİDEO
Türkiyədə təlim təyyarəsi qəzaya düşdü - VİDEO










