Banner

Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO

Qəzalar 26 Oktyabr 2026 15:30
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı   - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə olun

Salyan rayonunun Kərimbəyli kəndində baş verən yol-nəqliyyat hadisəsi anbaan kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, qəza oktyabrın 25-də səhər saatlarında qeydə alınıb.

Belə ki, “KIA” markalı avtomobilin sürücüsü əks istiqamətli hərəkət zolağına çıxaraq qarşıdan gələn nəqliyyat vasitələrinin yoluna daxil olub. Bu zaman qarşı tərəfdən hərəkət edən 99-EA-172 dövlət nömrə nişanlı “Ford Transit” markalı yük avtomobilinin sürücüsü toqquşmanın qarşısını almaq üçün son anda sağa manevr edib.

Lakin manevr nəticəsində yük avtomobilinin sürücüsü idarəetməni itirib. “Ford Transit” yol kənarındakı divara çırpıldıqdan sonra əks istiqamətə dönərək dayanıb.

Xoşbəxtlikdən, hadisə zamanı xəsarət alan olmayıb.

Nərmin

bax.tvhttps://player.bax.tv/embed/228206.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

 

 

Oxunub : 264
ŞƏRH YAZ
Ad

E-mail

Şərh