Banner

Qatarla toqquşmaya saniyələr qalmış pilotu xilas etdilər - ANBAAN VİDEO

Qəzalar 10 Yanvar 2022 14:25 Oxunub 1420
Qatarla toqquşmaya saniyələr qalmış pilotu xilas etdilər - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qəzaya uğrayan təyyarənin pilotu qatarla toqquşmadan saniyələr əvvəl kabinədən çıxarılaraq xilas edilib.

Hadisə Los-Ancelesdə baş verib. Pilotun xilas edilmə anı xüsusi xidmət orqanının əməkdaşının üzərindəki kameraya əks olunub.

Məlumata görə, “Cessna 172” yüngülmotorlu təyyarə Uaytman hava limanından qalxdıqdan sonra sərt eniş edib və dəmiryol keçidinin üstünə düşüb. Əməliyyat xidmətinin əməkdaşları pilotu qəzaya uğrayan təyyarədən çıxara biliblər. Bir neçə saniyədən sonra qatar yüksək sürətlə təyyarəyə çırpılıb.

Qəzanın səbəbləri hələ də araşdırılır. Pilot kabinədə tək olub. Yüngül xəsarətlər alan pilot xəstəxanaya yerləşdirilib.

Mənbə: Associated Press

ŞƏRH YAZ
Ad

E-mail

Şərh