Qaxda 8 yaşlı qızı vuraraq öldürən sürücü tutuldu

Qaxda 8 yaşlı piyada Banuçiçək Fətəlizadəni vuran sürücü həbs edilib. Avtosfer.az xəbər verir ki, Qax rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, avqustun 21-də Qax rayonu, Əmircan kənd sakini Mehman Muxtarov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Qax şəhəri, M.F.Axundov küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən 2008-ci il təvəllüdlü B.Fətəlizadəni vurub, azyaşlı aldığı xəsarətlərdən xəstəxanada vəfat edib. Qax rayon Polis Şöbəsinin İstintaq qrupunda Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. M.Muxtarov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. İş üzrə istintaq tədbirləri davam etdirilir.
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO












