Qaxda ağaca çırpılan minik avtomobili yandı

Qaxda ağaca çırpılan minik avtomobili yanıb. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün saat 12:20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Qax rayonu Qarabaldır kəndi ərazisindən keçən hissəsində “VAZ 21015” markalı, 33 BE 715 dövlət nömrə nişanlı minik avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı ağaca çırpılıb. Qəzadan sonra maşın yanmağa başlayıb. Hadisəni görən kənd sakinləri sürücünü yanan avtomobildən çıxarmağa nail olublar.
Sürücü Qax Mərkəzi Rayon Xəstəxanasına (RMX) aparılıb. Xəstəxanadan apa-ya bildirilib ki, zərərçəkmiş cərrahiyə şöbəsinə yerləşdirilib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO












