Qaxda ağır qəza: 2 nəfər xəsarət alıb

Qaxda baş verən yol qəzasında iki nəfər xəsarət alıb. APA-nın məlumatına görə, qəza iyulun 17-i saat 03 radələrində Yevlax-Zaqatala- Gürcüstan sərhəd sərhəd magistral yolunun 84-cü kilometrliyində, Qax rayonu ərazisindən keçən hissəsində baş verib. Göyçay şəhər sakini, 1978-ci il təvəllüdlü Ruslan Rasim oğlu Abdullayev idarə etdiyi “Tofash” markalı 10 RL 559 dövlət nömrə nişanlı avtomobillə Şəki rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb. Qəzadan sonra sürücü R.Abdullayev və sərnişini olan həmyerlisi 1970-ci il təvəllüdlü Müşfiq Kərim oğlu Kərimov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər.
Qax MRX-dan bildirilib ki, yaralılar xəstəxananın cərrahiyə şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












