Qaxda avtomobil aşdı: ölən və xəsarət alan var – FOTO+VİDEO

Qaxda ölümlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 98-ci kilometrliyində, rayonun Qarabaldır kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü İsa Cavanşir oğlu Səfərov idarə etdiyi 90-ZX-339 Dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşını yolun kənarına aşırıb. Bir-neçə dəfə yuvarlanan avtomobildə olan sərnişin - Qax rayon Zərnə kənd sakini 1994-cü il təvəllüdlü Elnarə Elmir qızı Abdurəhmanova aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində keçinib. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti kafidir.
Faktla bağlı araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ





















