Qaya parçası üstünə aşdı: Sonu gözlənilməz bitdi - VİDEO
Qəzalar
27 Fevral 2023 16:49
Oxunub 932

Sıldırımlı yolla hərəkət edən avtomobil qayanın hədəfinə tuş gəldi.
Avtosfer.az xəbər verir ki, dəhşətli hadisənin görüntüləri Hindistanın Pəncab əyalətində qeydə alınıb. Təmir gedən təhlükəli zona boyunca irəliləyən maşın yuxarıdan qopan qaya parçasının üstünə aşması ilə sıradan çıxıb. Maşının ön hissəsinin tamamilə tanınmaz hala düşməsi ilə nəticələnən insident zamanı sürücü ciddi xəsarətlər alıb.
Xoşbəxtlikdən qaya parçası saniyə etibarı ilə avtomobilin ön hissəsinə düşərək onun qayadan yerə çırpılmasına səbəb olmayıb.
Videonun bizə verdiyi mesaj isə təmir gedən bölgələrdə xəbərdarlıq işarələri qoyulmasa belə mümkün qədər alternativ yollardan istifadə etmək və ekstra diqqətli olmaqdır.
Nərmin Əkbər
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













