Banner

Qayda pozan “Prius” “Kia”nı böyrü üstə aşırdı - VİDEO

Qəzalar 27 İyul 2023 16:20 Oxunub 1116
Qayda pozan “Prius” “Kia”nı böyrü üstə aşırdı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Səməd Vurğun küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına əsasən, qəza dünən günorta saatlarında qeydə alınıb. Görüntüdən bəlli olduğu kimi, 77-BC-624 dövlət nömrə nişanlı, “Kia Sorento” markalı avtomobil, “Toyota Prius” markalı avtomobillə toqquşub. Qəzanın baş verməsinə səbəb “Prius”un işıqfora məhəl qoymadan yolu keçməyə cəhd etməsi olub. Belə ki, qırmızı işıqda dayanmayan sürücü sağ tərəfdən gələn “Kia”nı vuraraq böyrü üstə aşırıb, “Prius”u isə yol kənarındakı dəmir məhəccərə çırpıb. Nəticədə hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. 
Qeyd edək ki, hadisəylə bağlı qəza bölgəsinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh