Banner

Qayda pozan qadın sürücü işıqforda dayanan avtomobili vurdu - REAL VİDEO

Qəzalar 13 Fevral 2026 17:30
Qayda pozan qadın sürücü işıqforda dayanan avtomobili vurdu   - REAL VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində baş vermiş yol-nəqliyyat hadisəsi anbaan avtomobil kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, qəza bir müddət əvvəl səhər saatlarında qeydə alınıb.

Kadrlardan görünür ki, “Chevrolet” markalı avtomobil Kənar dairəvi yoldan Məhəmməd Xiyabani küçəsinə dönən zaman manevri düzgün etmir.

Nəticədə o, əks istiqamətli yolda, işıqforun qırmızı işığında dayanan 99-QZ-367 dövlət nömrə nişanlı “Changan” markalı nəqliyyat vasitəsini vurur.

Hadisə nəticəsində hər iki avtomobilə maddi ziyan dəysə də, sürücülər xəsarət almayıb.

Qeyd edək ki, qəzaya səbəb olan sürücü qadındır. 

Nərmin

Oxunub 304
ŞƏRH YAZ
Ad

E-mail

Şərh