Qayda pozan sürücü həmkarını görün necə qəzaya saldı - VİDEO
Qəzalar
16 Avqust 2023 21:32
Oxunub 826

Zolaqdan-zolağa keçən sürücü həmkarının qəza törətməsinə səbəb olub.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə qınaq obyektinə çevrilən hadisə İngiltərədə qeydə alınıb. Görüntüdən aydın olduğu kimi, yüksək sürətlə hərəkət edən sürücü öz zolağından sola keçib. Dayanmadan yenidən sola keçən avtomobili idarə edən şəxs həmin zolaqda hərəkət edən həmkarını çaşdırıb. Bu zaman baş verə biləcək qəzanın qarşısını almaq məqsədilə manevr edən idarəetməni itirib və avtomobili bir neçə dəfə bordürə vurub. Lakin sürücü avtomobilin idarəsini yenidən ələ alaraq yoluna davam edib.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













