Qayda pozan sürücü piyadanı belə vurdu - ANBAAN VİDEO
Qəzalar
22 Fevral 2023 15:29
Oxunub 1050

Qaydalara əməl edən piyada qaydanı pozan sürücünün qurbanı oldu. Avtosfer.az xəbər verir ki, yol kamerasına düşən görüntü Ukrayna əyalətində baş verib. Belə ki, qırmızı işıqda yolun qarşı tərəfinə keçmək istəyən şəxs yüksək sürət həddiylə gələn avtomobilə dəyərək yerdən təxmini 2 metr məsafə uzaqlığa qədər sürüşüb.
Ciddi zərbə nəticəsində huşunu itirən piyada xəstəxanaya aparılıb və vəziyyəti kafi olaraq qiymətləndirilib.
Sürücü isə ifadəsi zamanı qarşı tərəfə keçmək istəyən şəxsin qəfildən önünə çıxdığını və bir anlıq həyəcanla idarəetməni itirdiyini qeyd edib. Faktla bağlı araşdırmalar davam edir.
Nərmin Əkbər
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













