Qayda pozan sürücülərdən biri qəza törətdi, digəri isə aradan çıxdı - VİDEO

Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qəza baş verib.
Avtosfer.az-ın məlumatına əsasən, hadisə bir neçə gün əvvəl səhər saatlarında cərəyan edib. Görüntüdən aydın olduğu kimi, yüksək sürətlə hərəkət edən “Mercedes” markalı avtomobilin sürücüsü ötmə əməliyyatı edərək əks yola çıxır. Ondan geri qalmadan qayda pozan “Khazar” markalı avtomobilin sürücüsü sürətini yavaşladaraq yolu dönmək istəyir. Belə ki, bütöv xəttə məhəl qoymayan “Khazar” sürücüsü qismən avtomibili sol zolağa yönəldir. Onun sola dönəcəyini zənn edən “Mercedes” sürücüsü çaşır və avtomobili yoldan çıxararaq qəza törədir. “Khazar”ı idarə edən şəxs isə dayanmadan yoluna davam edir.
Qeyd edək ki, “Mercedes”in qəza anına şahid olan şəxslər hadisə yerinə gələrək sürücüyə yardım göstəriblər.
Nərmin













