Qaydaları pozub ağır qəzaya düşən sürücünün avtomobili aşdı - VİDEO
Qəzalar 13 May 2021 16:30 Oxunub 15324
Qaydaları pozub ağır qəzaya düşən sürücünün avtomobili aşdı - VİDEO

Yolayrıcında iki avtomobilin iştirakı ilə baş vermiş qəzanın görüntüləri nəzarət kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, sola dönən mikroavtobus qarşıdan gələn sürücüyə yol vermədiyi üçün qəza qaçılmaz olub. Zərbənin təsirindən qaydaları pozan avtomobil aşaraq digər sürücülərə təhlükəli anlar yaşadıb.
Qeyd edək ki, sağa və ya sola dönən zaman diqqətsizlik edən sürücülər bir çox hallarda bu cür ağır qəzalarla üzləşirlər. Yan tərəfdən zərbə alan nəqliyyat vasitəsi aşmaqla yanaşı, sərnişinlərin ağır xəsarət alması ilə nəticələnir.

Videonu təqdim etməkdə məqsədimiz odur ki, sürücülər belə görüntülərə baxıb qayda pozuntuları etməkdən çəkinsinlər.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh