Qayığın qəzaya uğraması nəticəsində iki nəfər ölüb

Tatarıstanda Kama çayında batmış motorlu qayığın göyərtəsində olan iki nəfərin cəsədi tapılıb, daha bir nəfərin axtarışları davam edir. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə Rusiya FHN-nin Tatarıstan üzrə Baş İdarəsi "Telegram" kanalında məlumat yayıb. "Axtarışlar zamanı Çistopol şəhəri yaxınlığındakı adanın sahilindən bir metr aralıda 52 yaşlı kişi və 38 yaşlı qadının cəsədləri sudan çıxarılıb. Həlak olanların üzərində xilasedici jilet olmayıb", – deyə məlumatda bildirilib. 45 yaşlı kişinin axtarışları isə davam edir.
Qeyd edək ki, daha əvvəl idarə məlumat yaymışdı ki, 11 oktyabrda Çistopol yaxınlığında Kama çayında beş nəfərin olduğu motorlu qayıq batıb. İki qadın yaxınlıqdakı adaya üzərək xilas ola bilib. Qayıqdakı üç sərnişinin axtarışlarına başlanıb.
Gəncədə ağır qəza: Beş nəfər xəsarət alıb
Moped və velosiped sürən iki gənc qəzada ÖLDÜ - VİDEO
Tovuzda avtomobil AŞDI: Xəsarət alan var - FOTO
Piyadanı maşın vurdu, iş məhkəməyə düşdü - Bu dəfə sürücüyə cəza verilmədi
Bakı-Qazax yolunda "Lexus" "KamAZ"a çırpıldı - VİDEO
Bakıda “BYD” ilə toqquşan “Hyundai” səkiyə dırmaşdı - VİDEO
Faciəvi qəzada ölən yeniyetmənin FOTOsu
Bakıda minik maşını yük avtomobilə çırpıldı: ÖLƏN VAR
İki yük avtomobilinin toqquşduğu ərazidə hərəkət bərpa olundu - YENİLƏNİB
Bakıda iki avtomobil toqquşdu, yol nişanı aşdı - VİDEO
Masallıda minik avtomobili yük maşınına çırpıldı: Ölən var - VİDEO












