Qayıq batdı – 8 ölü, 22 yaralı

İyulun 25-də İndoneziyanın Borneo adası sahilləri yaxınlarında sürət qayığı qəzaya uğrayıb. Nəticədə azı 8 nəfər həlak olub, 22 nəfər isə xilas edilib. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, insident sahilə yaxın ərazidə baş verib. Tarakan şəhərindən yola çıxan qayıq 10 dəqiqə sonra dalğanın təsiri nəticəsində çevrilib. Yerli axtarış-xilasetmə xidmətinin nümayəndəsinin sözlərinə görə, aparılan axtarış-xilasetmə əməliyyatının gedişində 8 nəfərin, o cümlədən iki uşağın cəsədi aşkarlanıb, aralarında almaniyalı iki turistin də olduğu 22 nəfər xilas edilərək xəstəxanaya çatdırılıb. Qəza zamanı qayığın göyərtəsində ümumilikdə 51 nəfərin olduğu bildirilir. Xilasedicilər bəzi sərnişinlərin batan qayığın içərisində qala biləcəyini istisna etmirlər. İtkin düşənlərin axtarışına, həmçinin Hərbi Dəniz Qüvvələrinin nümayəndələri də cəlb olunub.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












