"QAZ 31" "06"nı vurdu
Qəzalar
14 Fevral 2016 00:27

Bazara heyvan aparan “VAZ 2106” qəzaya düşdü
Tovuzda satmağa heyvan aparan avtomobil qəzaya uğrayıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Ağstafa rayon sakini, 1960-cı il təvəllüdlü Asif Əhmədov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə magistral yoldan mal bazarına dönmək istəyərkən “QAZ 3110” markalı avtomobillə toqquşub. Qəza zamanı “VAZ”ın sürücüsü ağır bədən xəsarəti alaraq əvvəlcə Tovuz Mərkəzi rayon xəstəxanasına, daha sonra isə Qazax Diaqnostika Mərkəzinə aparılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, A. Əhmədov avtomobili ilə mal bazarına satmağa heyvan aparırmış. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Oxunub : 1799
DİGƏR XƏBƏRLƏR
12 Oktyabr 2026 17:50
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
12 Oktyabr 2026 17:00
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
12 Oktyabr 2026 13:26
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
12 Oktyabr 2026 10:00
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
12 Oktyabr 2026 09:53
İki qadını maşın vurub ÖLDÜRDÜ
12 Oktyabr 2026 08:33
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
11 Oktyabr 2026 21:49
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
11 Oktyabr 2026 18:22
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
10 Oktyabr 2026 22:00
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
10 Oktyabr 2026 18:45
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
10 Oktyabr 2026 18:11
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
10 Oktyabr 2026 17:36
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
ŞƏRH YAZ












